Təşəkkür et!

Qarabağda vətənimiz üçün döyüşmüş bütün qazilərimizə tam qəlbimizlə təşəkkür edirik!

Qəhrəmanlıq hekayələrinə bələd olduğun qazimiz üçün təşəkkür mesajı yarat və paylaş!

Şəkil və mesajı seç

Vətən uğrunda əzmlə vuruşaraq dastan yazan igidlərimizdənsən. Həsrətində olduğumuz bu böyük qələbəni bizə yaşatdığın üçün Sənə təşəkkür edirəm!

Qalib xalqın nümayəndəsi, qalib ölkənin vətəndaşı olmaq çox qürurverici və şərəfli bir hissdir. Bu hissi bütün Azərbaycana bəxş etdiyin üçün Sənə təşəkkür edirəm!

Ordumuzun mərd əsgər və zabitləri Qarabağımızı öz doğma yurduna qaytararaq, tarix yazdı. Bu tarixin bir hissəsi olduğun üçün Səninlə fəxr edirəm və Sənə təşəkkür edirəm!

Vətən yolunda sinəsini sipər edən qəhrəmanlarımızdan birisən. Torpaqlarımızın azad olunması uğrunda apardığın mübarizəyə görə Sənə sonsuz təşəkkür edirəm!

Sənin kimi igidlərin sayəsində şanlı bayrağımız bu gün Qarabağda dalğalanır. Bu yolda göstərdiyin mərdlik və fədakarlığa görə Səninlə qürur duyuram və Sənə təşəkkür edirəm!

''Şuşam mənim'' mahnısını dinləyin